Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı   - VİDEO

Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı - VİDEO

Hazırda oxunan: Avtobus avtomobilləri bir-birinə belə yapışdırdı - VİDEO

47452
Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən “Daewoo” markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobusun törətdiyi qəza ilə bağlı videomateralı təqdim edirik. 


Moderator.az avtosfer.az-a istinadən xəbər verir ki, qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Həmin avtomobillər ard-arda düzüldüyü üçün avtobusun güclü zərbəsi nəticəsində hamısı bir-birinə çırpılıb. Bundan başqa avtobus bir ağacı da aşırıb. Sürücü isə hadisə yerindən qaçıb.

Videodan aydın olur ki, avtomobillər ciddi zərər görüb. Bu isə o deməkdir ki, avtobus yüksək sürətlə hərəkət edirmiş. "Sovetski" küçəsi kimi darısqal yerdə yüksək sürətlə avtobus sürən sürücünün kimliyi maraq doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO