xa0Ermənistanınxa0 Tavuşxa0 mərzinin Navur kəndində kütləvi zəhərlənmə baş verib.xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki,xa0 aprelin 22-də Berd şəhər xəstəxanasına 30 nəfər, o cümlədən 24 uşaq yerləşdirilib. Onlarda bağırsaq infeksiyası əlamətləri aşkarlanıb. Təhqiqat göstərib ki, kəndlilərə keyfiyyətsiz su verilib. Xəstələrdəxa0 “Şiqelli zone” adlı dizenteriya törədiciləri tapılıb.xa0 İcməli sudan götürülmüş nümunələrdə həm kimyəvi, həm də bakterioloji parametrlərdə sapmalar müəyyən edilib . Bu baxımdan su boru kəmərinin istismarı lazımi tədbirlər görülənədək dayandırılıb.
Sultan Laçın

































































































