Binəqədidə 10 yaşlı oğlan quşları yemləyərkən yıxılıb öldü

Binəqədidə 10 yaşlı oğlan quşları yemləyərkən yıxılıb öldü

Hazırda oxunan: Binəqədidə 10 yaşlı oğlan quşları yemləyərkən yıxılıb öldü

233984
Bakıda 10 yaşlı uşaq binadan yıxılaraq ölüb. Hadisə Binəqədi rayonu, Azadlıq prospekti 180 ünvanında qeydə alınıb.

2008-ci il təvəllüdlü Murad Vahid oğlu Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin pəncərəsindən düşərək ölüb.

Murad Quliyevin nitq qüsuru olub. Ailənin tək övladıdır.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq evin eyvanında quşları yemləyən zaman yıxılıb:

“Hər gün eyvanda quşları yemləyirdi. Dünən quşlara yemək vermək üçün çıxıb və oradan yıxılıb”.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO