“AXC-nin İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarının hüquqi əsası yoxdur”

“AXC-nin İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarının hüquqi əsası yoxdur”

Hazırda oxunan: “AXC-nin İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarının hüquqi əsası yoxdur”

217939
Bu gün Ermənistan dövlətinin ərazisi kimi tanınan İrəvan və digər torpaqların Azərbaycana məxsusluğu ölkə ziyalılarının, tarixçilərinin, eləcə də prezident İlham Əliyevin tez-tez dilə gətirdiyi həqiqətlərdən biridir. Maraqlıdır, Azərbaycan tərəfi həmin torpaqları geri almaq üçün hüquqi müstəvidə konkret addımlar atmalıdırmı?

Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bu torpaqların Azərbaycana məxsusluğu ilə bağlı ciddi tarixi sənədlərin mövvcudluğuna diqqət çəkdi:

“Ermənistan ərazisinin böyük hissəsinin Azərbaycan ərazisi olduğunu tarix sübut edir. Rəsmi sənədlər, müqavilələr mövcuddur. 1918-ci il may ayının 29-da 9 min kv.km-lik İrəvan xanlığı əraizisinin Ermənistana verilməsi ilə bağlı AXC-nin iclasının sənədi var. Həmin sənədin qəbulu zamanı yetərsay olmayb. Bu baxımdan həmin sənədin hüquqi əsası yoxdur.
Ölkə başçısı bu günkü Novruz şənliyində də bildirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yarandılmasına imkan verilməyəcək. Buradakı “ikinci” ifadəsi o deməkdir ki, Ermənistan respublikasının timsalında torpaqlarımızda birinci erməni dövləti yaradılıb.xa0
Bəzən erməni tərəfi siyasi spekulyasiya ilə məğul olur, beynəlxalq tribunlardan həqiqəti təhrif edən bəyanatlar səsləndirir. Qeyd edir ki, guya Azərbaycan prezident səviyyəsində Ermənistana qarşı ərazi iddiası səslndirir, İrəvan ərazisini geri qaytarmaq istəyir. Xatırladım ki, ölkə başçısı öz çıxışlarında bu ərazilrin Azərbaycan torpağı olduğunu vurğulayıb və qeyd edib ki, bizim öz dədə-baba torpaqlarımızda yaşamaq hüququmuz var. Bunu heç vaxt yaddan çıxartmamalıyıq. Dədə-torpağında yaşamaq, öz hüququu bərpa etmək bir şeydir, Ermənistana qarşı ərazi iddiası irəli sümək, bu torpaqları zor gücünə əldə etmək başqa şeydir.xa0 Bu başqa şeydir ki, həqiqətən də həmin torpaqlar Azərbaycana məxsus olub və bu torpaqların hansı əsaslarla ermənilərə verildiyi ilə bağlı da sənədlər mövcuddur. Azərbaycan 9 min kv.kim-lik ərazi ermənilərə verilərkən,xa0 Ermənistan dövləti öz üzərinə bir sıra öhdəlik götürdü ki, onlardan da biri Azərbaycana qarşı heç vaxt ərazi iddiası irəli sürməyəcəyi ilə bağlıdır.xa0
1918-ci il razılaşması pozulub, Ermənistan ərazimizin 20%-ni işğal edib. Ermənistanın bu addımı razılaşmanın ən mühüm prinsipinin pozulması deməkdir. Bu baxımdan Azərbaycanın gələcəkdə bu məsələni başqa müstəvilərdə də qaldırması mümkündür”.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO