Ermənilər İsa bulağında festival keçirəcək   - Baxın, diqqətlə baxın...

Ermənilər İsa bulağında festival keçirəcək - Baxın, diqqətlə baxın...

Hazırda oxunan: Ermənilər İsa bulağında festival keçirəcək - Baxın, diqqətlə baxın...

151432
Moderator.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, sentyabrın 15-17-də işğal altındakı Dağlıq Qarabağın “mədəni paytaxtı”x9d elan edilmiş Şuşada “ArtsaxEtnoFest”x9d adlı “beynəlxalq”x9d festival keçiriləcək.xa0

Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”x9d(“İsaak bulağı”x9d) adlı restoran-kompleksində xa0müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək. Tədbirdə Ermənistan və xa0DQ ilə yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək. Təbii ki, ermənilər xa0hər yerdə olduğu kimi, burada da dolma, şişlik, lavaş və s. kimi Azərbaycan dadlılarını öz adlarına çıxacaqlar...

Qeyd edək ki, İsa bulağı üzərindəki restoran-kompleksi 2014-2015-ci illərdə Şuşada biznes layihələri icra edən, villalar ucaldan Ermənistan parlamentinin keçmiş deputatı, respublika Futbol Federasiyasının prezidenti, tanınmış oliqarx Ruben Ayrapetyan tikdirib. O, bulağa gedən yolu tam asfaltlayıb, əraziyə qaz çəkdirib.xa0

Xatırladaq ki, Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağı Şuşa şəhərindən 2 kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Bu hidronim haqqında yerli əhalinin tarixən topladığı məlumata görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır...

Moderator.az xa0vaxtilə Azərbaycanın yüksək vəzifə sahiblərinin, ziyalılarının sevimli istirahət guşələrindən olan İsa bulağının keçmiş və son görüntülərini də təqdim edir.





Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO