Ermənistan Avropanın gözü önündə təxribat edir

Ermənistan Avropanın gözü önündə təxribat edir

Hazırda oxunan: Ermənistan Avropanın gözü önündə təxribat edir

136085
ANS PRESS-in məlumatına görə, xa0müsabiqədə iştirak edən erməni nümayəndə heyəti separatçı “Dağlıq Qarabağ Respublikası (DQR) bayrağı dalğalandırıblar.

Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov öncə Səmra Rəhimlini finala çıxması münasibəti ilə təbrik edib və erməni nümayəndə heyətinin qondarma DQR bayrağı dalğalandırdığına görə etirazını bildirib.

Ş.Məmmədov “Eurovision”x9d mahnı müsabiqəsinin qaydalarına zidd olan hər-hansı bir hərəkətə görə ölçü götürülməli olduğunu bildirib. Qondarma DQR bayrağının müsabiqənin səhnəsində qaldırılmasının və buna icazə verilməsinin mahnı müsabiqəsinin qaydalarına tam zidd olduğunu və buna görə ciddi ölçü götürüləcəyinə ümid etdiyini bildirib.

Aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.xa0

Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma Dağlıq Qarabağ Respublikasının bayraqları yer almışdı. xa0

Lakin daha sonra “Eurovision”x9d Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.
Ermənistan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO