Bakıda maşının vurduğu piyada öldü

Bakıda maşının vurduğu piyada öldü

Hazırda oxunan: Bakıda maşının vurduğu piyada öldü

129706
Ötən axşam Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Avtobusdan düşərək, yolu keçmək istəyən piyadanı maşın vurub.

Füzuli rayonunun Qarğabazar kənd sakini, 42 yaşlı məcburi köçkün Şaiq İsmayılov avtobusdan piyada keçidinin olmadığı yerdə düşüb. O, yolu keçərək evinə getmək istəyib. Bu vaxt prospektlə hərəkətdə olan və 25 yaşlı Əmrahov Ramil Rasim oğlunun idarə etdiyi “Hyundai”x9d markalı avtomobilin zərbəsinə tuş gəlib. Zərbə nəticəsində piyada Şaiq İsmayılov hadisə yerindəcə dünyasını dəyişib. 

Mərhumun yaxınları dedilər ki, burada piyadaların vurulması tez-tez baş verir. Bunun da əsas səbəbi yaxınlıqda piyada keçidinin olmaması və axşam saatlarında küçə işıqlarının söndürülməsidir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Hadisənin dəqiq motivi müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən və avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq, eyni zamanda hüquqi qiymət veriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO