Bakı şəhər sakini Namiq Kərimov "Deltakom" MMC-nin onun sağlamlığına vurduğu ciddi zərərlə bağlı redaksiyamıza müraciət göndərib...
Prezident Cənab İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, daxili işlər naziri R.Usubova, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlı müraciətdə deyilir:
"Cənab Prezident!
Sizin həmişə məmurlar qarşısında çağırış olaraq səsləndirdiyiniz “Mən hər bir azərbaycanlının prezidentiyəm və xalqın xidmətçisiyəm”x9d tezisiniz biz sadə vətəndaşlarda həmişə ruh yüksəkliyi oyadır və Sizə olan rəğbətimizi artırır. Bu prizmadan yanaşaraq düşdüyüm ağır vəziyyətlə əlaqədar Sizə müraciət etmək qərarına gəldim: mən, Namiq Kərimov, “12”x9d mart 2005 - ci ildən ”x9dAZERCELL”x9d MMC-nin Gəncə bölgəsində “İstismar mühəndisi”x9d (əmək müqaviləsinə əsasən ) vəzifəsində işləməyə başladım. 2007-ci ilin iyul 1-də Azercell MMC-dən işdən çıxarılaraq elə həmin gündən etibarən Azercell MMC-nin nəzdində olan və mərkəzi ofisi Yasamal rayonu, Məhəmməd Naxçivanı küçəsi, ev 4 “A”x9d ünvanda yerləşən “DELTAKOM”x9d MMC-də işləmək üçün yönləndirildim. Və 2011-ci ilə qədər DELTAKOM MMC-də də yenə “istismar mühəndisi”x9d işini görürdüm. 2011-ci ildə DELTAKOM MMC-də vəzifəm dəyişdirilərək “İstismar Qrupunun rəhbəri”x9d vəzifəsinə təyin olundum. Beləliklə, işimin əsas vəzifəsi ondan ibarət idi ki, AZERCELL MMC-nin DELTAKOM MMC-nin öhdəsinə verdiyi saytlarında olan problemlərin aradan qaldırılması işini yerinə yetirirdim.
“29”x9d dekabr 2012 - ci ildə xidməti vəzifəmi yerinə yetirərkən , AZERCEL MMC-nin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi ev 188, mən.4 ünvanında yerləşən 00042 (BAKU-TRAMVAY İdarəsi) saytında baş vermiş problemin aradan qaldırılması üçün Transmissiya qrup rəhbəri Azər Dursunovla birlikdə avadanlıqlar olan konteynerlər və antennalar qarşı-qarşıya dayanan binaların üstünə çıxdıq. Həmin avadanlıq və antennalar bu ikimərtəbəli binların damında yerləşdiyindən binanın üzərində olan konteynerdən çıxan fider kabellərinin qarşıdakı binaya aparılması üçün bu binalar arasında nərdivanabənzər dəmir konstruksiya quraşdırılmışdı. Həmişə olduğu kimi işçilər-mühəndislər bu dəmirlərdən istifadə edərək bu binadan digərinə keçiblər. Növbəti dəfə həmin tarixdə bu “nərdivan”x9dla əvvəl Azər Dursunov keçmiş, sonra arxasınca mən keçdikdə müvazinətimi itirərək 15 metr hündürlüyündən əvvəl yaxınlıqdakı ağaca və sonra birbaşa yerdəki betonun üstünə yıxıldım. Ağacın budağından tutmaq istəsəm də budaq sındı, məni saxlamadı. Nəticədə, başıaşağı beton üzərinə düşdüm və ciddi kəllə-beyin travması aldım (kəllə sümüyünün bir sıra nayihələrində sınıqlar olmaqla). Sonradan xəstəxanada aparılan müayinələr zamanı sağ körpücük sümüyümdə qəlpəli sınıq aşkar olunmuş, sağ kürək sümüyümün aşağı hissəsində yerini orta dərəcədə dəymiş sınıq izlənilir.xa0
"Çünki “Deltakom”x9d MMC-də bu hadisə baş verənə qədər əməyin təhlükəsizliyi barədə işçilərə hər hansı məlumatlar və təlimatlar verilməmişdir"
Sağ qasıq sümüyündə, sağ oturaq sümüyündə, sağ qılça sümüyünün arxa ”“medial hissəsində və oma sümüyünün sağ hissəsində orta dərəcədə və az dərəcədə dəymiş sınıqlar aşkar edilməklə mənə əmək xəsarəti yetirilmişdir. Mərkəzi Klinik xəstəxanada sağlamlıq durumum ilkin ağır əməliyyatdan sonra kritik olduğundan 22 gün koma vəziyyətində qalmışam. Klinikadan yalnız ciddi müalicələrdən sonra 2013-cü ilin martında evə buraxılmışam. Başıma gələn bədbəxt hadisədə cavabdehin təqsiri rəhbərliyin gizli göstərişləri nəticəsində qanunvericiliyə uyğun tərtib olunmalı olan istehsalatda bədbəxt hadisə haqqında akt yazılmamışdır. Çünki “Deltakom”x9d MMC-də bu hadisə baş verənə qədər əməyin təhlükəsizliyi barədə işçilərə hər hansı məlumatlar və təlimatlar verilməmişdir. Hadisədən sonra isə “Deltakom”x9dMMC ”“də dərhal Əməyin Mühafizəsinə dair qurum yaradılmış və formal sənədlər tərtib edilmişdir. Lakin hadisə yerinə çağrılmış 103 “Təcili Tibbi Yardım”x9d nəqliyyat vasitəsilə əvvəlcə ilkin tibbi yardım göstərildikdən sonra mən Parlament prospekti-76 ünvanda yerləşən MƏRKƏZİ KlİNİKA-ya çatdırılmışam. Klinikadan Nəsimi Rayon Polis İdarəsinə verilən məlumat nəticəsində 22-ci Polis Bölməsi bədbəxt hadisə ilə bağlı araşdırma aparmış və səbəbləri barədə qərar qəbul edilmişdir (Nəticə barədə mənə məlumat verilməmişdir).xa0
Lakin sonradan məlum olmuşdur ki, müstəntiq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hadisə barədə məlumat vermişdir. Və çox təəssüflər olsun ki, nazirlik işçiləri sonradan vəzifələrinə uyğun olaraq təşkil edilmiş komissiya ilə dövlət aktı tərtib edib qanunvericilik əsasında tədbirlər görmək əvəzinə, hansısa maraqlar ucbatından “DELTAKOM”x9d MMC-nin rəhbərliyilə sövdələşərək bu işi ört-basdır etmişlər. Polisdən isə sadəcə olaraq bildirilmişdir ki, əgər məhkəmə olacağı təqdirdə araşdırmanın nəticələrini məhkəməyə təqdim edə bilərik. Yəni yerli polis bölməsinin bədbəxt hadisə zamanı aldığım ağır bədən xəsarətlərilə nəticələnən prosesin kimlərin günahı ucbatından baş vermə səbəbləri verdikləri qərara əsasən təsdiq olunur. Bəs “DELTAKOM”x9d MMC işi necə ört-basdır etmişdir? Mərkəzi Klinikanın verdiyi Epikrizdə qeyd olunur ki, guya mən “Yaxınlarının verdiyi məlumata əsasən xəstə telefon əlaqəsinin təmiri zamanı ağacın budağını kəsərkən yüksəklikdən yıxılmışdır.”x9d Bu cümləyə arayış vermək istərdim ki, real həyatda hadisənin baş verməsi günü cavabdeh tərəf şənbə günü Yeni il qabağı tətil olacağına görə bütün respublikada iş günü kimi rəsmiləşdiyinə görə rəhbərlik də bütün işçiləri işə çağırmış və hadisə baş verən ünvanda antenna və avadanlıqların yoxlanması işini görülməsini təcili tapşırmışdır. Dekabrın 29-u olduğuna görə hava soyuq idi və mən təbii olaraq 15 metr hündürlükdən binanın damından digər binaya kabellərin üstünə çəkilmiş dəmir konstruksiyadan keçdiyim zamanı sürüşüb yıxılmışam. Mənim həmin gün iş günü olmadığı və mən əlavə qazanc üçün guya müştəriyə telefon təmir etməyim kimi yaxınlarımın adından Klinikaya verilmiş məlumat isə əsassızdır. Mən özüm ağır cərrahi əməliyyatdan sonra 22 gün koma vəziyyətində olmuşam. Daha sonra reanimasiya şöbəsində müalicəmi davam etdirmişəm. Hadisənin baş vermə anını hal şahidləri olan iş yoldaşlarım, həkimlər, qohumlarım da təsdiq edə bilərlər.
Hadisənin baş verməsi barədə qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verilməmiş, hadisə günü rəsmi akt tərtib edilməmişdir. Hər bir işçinin həyat sığortası olduğu halda, mən sığorta şirkətinə yazdığım ərizəyə əsasən nümayəndə gəlib mənim faktiki sağlamlıq halımı yerindəcə yoxlamışdır. Mənə təklif olunan 15000 AZN pulun əvəzinə rəhbərlik tərəf təklif etmişdir ki, məsələ rəsmiləşməsə yaxşıdır və öhdəlik götürmüşlər ki, mən sığortadan imtina etdiyim halda həmin 15000 AZN məbləği biz sənə ödəyəcəyik, sağlamlığının və ailənin qayğısına qalacağıq. Pul mənə 2013-cü ildə may ayında mən xəstəxanadan çıxdıqdan sonra ödənilmişdir. Bu şərtlə ki, həyat yoldaşım pulu aldıqdan sonra heç bir şikayətimizin olmaması ilə bağlı mənim əvəzimə ərizəyə imza atmışdır. Halbuki, mən buna razılıq vermirdim. Mən özüm isə evdə müalicə olunsam da fəaliyyət qabiliyyətim yox idi. Yaxınlarım nə dediyimi başa düşə bilmirdilər, fikrimi tam izah edə bilmirdim. Düzdür, tərəf mənim müalicəmlə və 2013-cü ildə “Citi Hospitalda”x9d olan 2-ci ağır kəllə-beyin əməliyyatı zamanı da həkimlərin pulunu qarşılamışdılar. Kəllə sümüyümün bir hissəsi protezləşdirilmişdir. Lakin bundan sonra da mən müalicəmi davam etdirərkən isə cavabdeh tərəf sanki öz vəzifəsini bitmiş hesab etmiş və mənim sonrakı taleyimlə maraqlanmamışdır. Hadisədən 6 ay sonra 2013-cü ildə TSEK-nın keçirdiyi ekspertizasının nəticəsinə əsasən mən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində (iyul 2013-cü il tarixli rəy ) peşəkar əmək qabiliyyətimi 15/7% itirməklə 1-ci qrup əlil hesab olunmuşam. TSEK-da təkrar müayinə etmək 2015-ci il tarixə təyin olunmuşdur.xa0
Baş vermiş bədbəxt hadisədən 6 ay sonra mən cavabdeh “DELTAKOM”x9d MMC- tərəfindən guya heç nə olmamış kimi öz əvvəlki vəzifəmi yerinə yetirməklə əmək fəaliyyətində olduğum kimi formal sənədləşdirilmiş, əmək haqqı kartıma maaşım həmişəki kimi 2007-2014-cü illər (aprelin 1-dək) ərzində aldığım məvacib ələ çatan 755 AZN ( hesablanan 905 AZN) Azercell-də olduğu kimi mənə ödənilmişdir.
Bundan əlavə, mənə hadisə gününədək qeyri-rəsmi paket maaş da verilmişdir. Lakin faktiki olaraq mənim fəaliyyət qabiliyyətim olmamış, ev şəraitində müalicəmi davam etdirmişəm. Sonradan həqiqətən əmək qabiliyyətimi itirdiyimə görə cavabdeh DELTAKOM MMC ehtiyatlanaraq məni formal qaydada işdə saxlamaq istəməmiş və canını birdəfəlik məndən qurtarmaq üçün “01 ”x9daprel 2014-cü ildən əmrlə işdən azad etmişdir. Hazırda mənim gəlirim yoxdur. Düzdür sonradan təşkil olunan növbəti həkim komissiyası mənə 2-ci qrup əlillik dərəcəsi vermişdir. ( 2-ci qrup əlil olaraq 110 manat miqdarında vəsait əldə edirəm ). Öhdəmdə iki azyaşlı uşaq ( 6 və 8 yaşında) və həyat yoldaşım vardır ki, o da məcbur olub işdən ayrılaraq ev şəraitində mənə qulluq etməklə məşğuldur. Hazırda 4 nəfərdən ibarət ailəm əsasən mənim 110 AZN əlillik pulunun ümidinə qalmışlar. Doğrudur, hazırda müvəqqəti olaraq müqavilə üzrə digər yerdə işləsəm də, sağlamlığım imkan vermir ki, daimi işlə məşğul olum. 2014-cü ilin aprelindən sonra “DELTAKOM”x9d MMC- direktor müavini olan Rüfət Hacıyev (mob.050-210 00 83) mənə yalnız idarələrinin 5000 AZN birdəfəlik pul yardımı edəcəyinə imkanının olmasını bildirmiş və bununla da mən sabiq işçilə idarənin arasında olan məsələni birdəfəlik qapatmağı təklif etmişdir, o da bir şərtlə ki, mən 5000 AZN pulu qəbul etdikdən sonra “DELTAKOM”x9dMMC-yə qarşı gələcəkdə hər hansı iddiamın və şikayətimin olmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizə verməli idim. Düzdür, Rüfət müəllim əvvəllər mənə öz nümayəndəsilə hədə-qorxu da gəlmişdir ki, baxarıq görək Namiq Kərimov bizimlə necə razılaşmır və razılıq ərizəsini necə vermir. Bu təhdiddən sonra Şamil dayım mənə ürək-dirək verdi ki, nə sən, nə ailən narahat olmasın. Heç nə edə bilməz. O zaman Rüfət Hacıyev MTN-də işləyən polkovnik qardaşına arxalanaraq mənə belə bir hədə-qorxu gəlirdi. Yaxşı ki, keçən il MTN dağıldı. Və Rüfət də məsləni sakitcə 5000 AZN pulla bağlamağı son 40 günə kimi təklif edirdi. Mən razılaşmadım və şikayət edəcəyimi bildirdim. Çünki istehsalatda baş vermiş bədbəxt hadisə zamanı ağır bədən xəsarəti alan mən idim və Azərbaycan qanunvericiliyi mənim tərəfimdədir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119-cu maddəsində göstərilən qaydada apardığım hesablamaya görə xəsarət aldığım günə olan orta gəlirimlə xəsarət aldığımdan sonra (yəni son 2 il ərzində) itirdiyim gəlirim 100% təşkil edir, yəni, 21720 manat. Hesabat əlavə olunur.
Bundan başqa, bədbəxt hadisə nəticəsində mənim son 4 ildə ( müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, kəllə sümüyünün protezləşdirməsinə, 1-ci qrup əlil kimi başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə çəkdiyim xərcləri) 40.328 manat miqdarında əlavə xərcim çıxıb. Mənim bu növlü xidmətlərə və qulluğa ehtiyacım olduğunu (TSEK-nın rəyi, tibbi arayışlar, xəstəlik tarixçəsindən çıxarışlar və s.-sübutlara əsaslanmaq) təsdiq olunur.xa0
Bəs qanunvericilik nə deyir?
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarını, şərtlərini və məbləğini Nazirlər Kabinetinin 9 yanvar 2003- cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydaları, şərtləri və məbləği"iləmüəyyənedilir.xa0
Göstərilən Qərara və Mülki Məcəllənin 1125 - ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla birdəfəlik, lakin ən çoxu üç illiyə təyin edə bilər. Əlavə xərclərin ödənilməsi məbləğləri, yollayışların alınması, gedişhaqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər".
Beləliklə, “DELTAKOM”x9d MMC rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097, 1118-ci, 1119-cu maddələrinə əsasən məndə xəsarətdən qabaq mövcud olan və itirilmiş orta qazancımın əvəzini və həmçinin bədbəxt hadisə nəticəsində çəkdiyim əlavə xərclərin əvəzini, həmçinin aldığım ağır bədən xəsarətləri nəticəsində sağlamlığıma dəymiş zərəri mənə tam formada ödəməyə borcludur. Bunu qanunvericilik tələb edir. Hal-hazırda sol qulağım aldığım kəll-beyin travmasından sonra çox ağır eşidir, tez tez əsəbiləşirəm, soyuqda baş ağrılarım şiddətlənir. Kəllə sümüyünün sınıqları ağır cərrahiyyə əməliyyatı ilə protezləşdirilsə də başımda küt ağrılar hiss edirəm. Mənim hazırda ciddi müalicəyə ehtiyacım var və həkimlərin məsləhətinə görə bu müalicə davamlı olmalıdır. Çox təəssüflər olsun ki, DELTAKOM MMC bir neçə dəfə xəstəxana xərclərimi qarşılasa da 2 ildir ki, öz işini bunla bitmiş hesab etmişdir. İndi görünən budur ki, son 40 gündə Rüfət Hacıyev ümumiyyətlə mənimlə maraqlanmır və təklif etdiyi məbəği alıb-almayacağım barədə soruşmur. Son məlumatlara görə o müdirilə birlikdə tez-tez notariusa üz tutur. Yəni məqsədləri budur ki, “Deltakom MMC-ni satıb aradan çıxsınlar. Amma Rüfət Hacıyev unutmasın ki, onun malik olduğu bahalı villalar, obyektlər məhz “DELTAKOM”x9d MMC-də etdiyi ciddi maliyyə maxinasiyalarını (podratçı təşkilat olaraq Azercellə bağladığı saxta müqavilələr hesabına) yuyulmuş “çirkli pullar”x9dın hasabına əldə edilmişdir. Əgər Rüfət müəllim qanunvericiliyə əsasən sağlamlığıma vurulmuş ziyanın ödəməkdən yayınmaq istəyirsə işdə törətdiyi korrupsiya əməllərini bütün detalları ilə ictimaiyyətə açıqlayacağam. Qoy vaxt var ikən ağlını başına yığsın, nə qədər ki, gec deyil. Mən məhkəmə qabağı bu son şansı rəhbərliyə verməyi özümə borc bilirəm.xa0
Cənab Prezident,xahiş edirəm, hal-hazırda istehsalatda aldığım ağır bədən xəsarətləri nəticəsində sağlamlığıma vurulmuş zərərlə bağlı “DELTAKOM”x9d Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərlərinin qanunazidd hərəkətlərinin araşdırlaraq hüquqi qiymət verilməsinə dair aidiyyəti qurumlara göstəriş verilsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Redaksiyadan: daha geniş araşdırma "Təzadlar"ın növbəti sayında təqdim olunacaq.
"Təzadlar" qəzeti






































































































