ABŞ prezidenti Co Bayden yenə ictimaiyyət qarşısında çaşıb. O, Ağ Evdə müsəlmanların müqəddəs Ramazan ayının sonuna həsr olunmuş tədbirdə çıxış edərkən özünü Delaver ştatının senatoru adlandırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “New York Post” nəşri yayıb.
Mənbənin yazdığına görə, Bayden Delaverdən heç vaxt senatorların olmadığını deyib. Əslində isə prezident vəzifəsini nəzərdə tuturmuş.
Bayden belə səhvləri tez-tez edib. Belə ki, ötən ilin dekabrında Cənubi Karolina Dövlət Universitetində tələbələr qarşısında çıxışı zamanı o, vitse-prezident Kamala Harrisin vəzifəsini unudaraq onu prezident adlandırıb.
Həmin ay isə Pentaqonun rəhbəri Lloyd Ostinin ad və soyadını unudub.
Qeyd edək ki, Bayden ABŞ-ın ən yaşlı prezidentidir, bu il 80 yaşı tamam olur. 36 il Delaver ştatından senator seçilib. Seçildiyi zaman ABŞ-ın ən gənc senatoru (29) kimi tarixə düşüb.
Bizim.Media
- A-
- A
- A+
Günün videosu
10:02 / 04.05.2022
Bayden yenə vəzifəsini səhv saldı: “Delaver ştatının senatoruyam” - VİDEO
Hazırda oxunan: Bayden yenə vəzifəsini səhv saldı: “Delaver ştatının senatoruyam” - VİDEO
Hazırda oxunan: Bayden yenə vəzifəsini səhv saldı: “Delaver ştatının senatoruyam” - VİDEO
72644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.