İrandan SƏRT CAVAB – Yaxın Şərqdəki ABŞ bazaları vuruldu – VİDEO

İrandan SƏRT CAVAB – Yaxın Şərqdəki ABŞ bazaları vuruldu – VİDEO

Hazırda oxunan: İrandan SƏRT CAVAB – Yaxın Şərqdəki ABŞ bazaları vuruldu – VİDEO

626307

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə ABŞ-yə məxsus və İsraillə əlaqəli olan bir sıra strateji obyektlərə raket və PUA zərbələr endirib.

Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında qeyd olunub.
 

Hücumlar çərçivəsində ABŞ ordusunun Suriyanın Əl-Tənf (al-Tanf) bölgəsində yerləşən xüsusi əməliyyatların idarə edilməsi mərkəzi və İraqın Süleymaniyə şəhərindəki hərbi bazası dəqiq zərbələrlə vurulub.


Bundan əlavə, Keşikçilər Korpusu İrandan atılan raketlərin İordaniyanın Əqəbə hava limanı yaxınlığında yerləşən ABŞ hərbi obyektlərini də uğurla hədəf aldığını açıqlayıb.

Qarşılıqlı hərbi aktivlik fonunda İranın daxilindən də həyəcanlı xəbərlər gəlib.

Yerli mətbuat Təbriz, Çabahars, bəndər-Abbas, Cask, Sirik şəhərlərində və bir sıra digər yaşayış məntəqələrində partlayışların qeydə alındığını bildirib.

"Mehr" agentliyinin məlumatına görə, ölkənin cənub səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb və naməlum pilotsuz uçuş aparatı zərərsizləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO