ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Hazırda oxunan: ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

618318

OpenAI-nin Maliyyə Direktoru (CFO) Sarah Friar şirkətin gələcək planları, süni intellektin qlobal inkişafı və yeni texnoloji cihazlar barədə mühüm açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, qonaq olduğu "All-In Podcast" verilişində danışıb.
 

Friar şirkətin iqtisadi tədqiqatlar qrupunun məlumatlarına əsaslanaraq bildirib ki, hazırda platformada ən sürətlə böyüyən dillər arasında Azərbaycan və Qazax dilləri ilk sıralardadır.


O vurğulayıb ki, bu tendensiya süni intellekt texnologiyalarının təkcə ənənəvi böyük bazarlarda deyil, bütün dünyada necə böyük sürətlə yayıldığını və gündəlik həyata inteqrasiya olunduğunu sübut edir.

Texnologiya həvəskarlarını ən çox maraqlandıran xəbərlərdən biri isə OpenAI-nin üzərində işlədiyi yeni istehlakçı cihazı ilə bağlı açıqlamalar olub.

Cihazın bu ilin sonuna yaxın təqdim edilməsi və gələn ilin əvvəlində bazara çıxarılması gözlənilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO