Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başladı - VİDEO

Hazırda oxunan: Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başladı - VİDEO

40274

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Bizim.Media xəbər verir ki, təlimin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.

Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda birgə təlim keçirəcək


Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.

Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilir.

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO