Ukrayna KİV: “Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini PUA ilə VURUB” – VİDEO

Ukrayna KİV: “Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini PUA ilə VURUB” – VİDEO

Hazırda oxunan: Ukrayna KİV: “Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini PUA ilə VURUB” – VİDEO

265743

Avqustun 17-dən 18-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatları “Nova Poçta” terminalını və Azərbaycanın SOCAR neft şirkətinə məxsus yanacaqdoldurma məntəqəsini hədəf alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası və teleqram kanalları məlumat yayıb.

“Dumska” nəşri yazır ki, demək olar bütün “Shahed”lər eyni istiqamətə yönəlib. Odessa ətrafında güclü yanğın baş verib.
 

Bildirilib ki, yaşayış evləri də dağıntılara məruz qalıb. Hücumun nəticələri barədə rəsmi məlumat hələlik açıqlanmayıb.


Xatırladaq ki, avqustun 6-na keçən gecə də Rusiya ordusu SOCAR-ın Odessadakı neft bazasına “Shahed” PUA-ları ilə zərbə endirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO