Kilsədə keşişə bıçaqlı hücum edildi - ANBAAN VİDEO 

Hazırda oxunan: Kilsədə keşişə bıçaqlı hücum edildi - ANBAAN VİDEO 

187291

Sidneydə kilsələrin birində keşiş bıçaqlı hücuma məruz qalıb.  

Bizim.Media xəbər verir ki, Yepiskop Mar Mari Emmanuel “Wakely's Christ The Good Shepherd” Kilsəsində xütbə zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Hücum edən şəxs dəfələrlə keşişin üzünə və bədəninə zərbələr endirib.

Həmçinin, keşişlə yanaşı kilsə ziyarətçilərinin ona tərəf qaçması və təcavüzkarı keşişdən ayırmağa çalışması ilə daha beş nəfər də bıçaqlanıb. 

Hadisəni törədən şəxs hazırda saxlanılıb, din xadiminin vəziyyəti isə stabildir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO