Bakıda 6 nömrəli məktəbdə nə baş verir? - VİDEO

Bakıda 6 nömrəli məktəbdə nə baş verir? - VİDEO

Hazırda oxunan: Bakıda 6 nömrəli məktəbdə nə baş verir? - VİDEO

174788

Sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, valideynlər hadisənin ört-basdır edildiyini bildiriblər:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 6 nömrəli məktəb-lisey barədə yayılanlarla bağlı ARAŞDIRMA APARILIB - RƏSMİ


“Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”.

Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib. 

6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb.

Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib. 

Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO