ABŞ-da bir nəfər öz avtomobilini Baydenin kortejindəki avtomobillərdən birinə çırpıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin vaxt Ağ Evin korteji prezident seçkiləri üçün yaradılan qərargahdan çıxırmış.
Jurnalistlər Baydeni təəccübləndirən zərbə anını və dövlət başçısını aparmağa tələsən narahat mühafizəçilərin hərəkətlərini lentə alıblar.
Qəzaya səbəb olan sürücü təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.
Bizim.Media