Moskvaya dronla hücum EDİLDİ: Dağıntılar var - VİDEO

Hazırda oxunan: Moskvaya dronla hücum EDİLDİ: Dağıntılar var - VİDEO

147665

Bu gecə Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, şəhərə dron hücumu olub. 

Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. 
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir. Hadisə nəticəsində ölən və ya yaralananların yoxdur. 

Qeyd edək ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO