İranın nüvə problemi ilə bağlı uzun müddətdən bəri aparılan danışıqların yekunu olaraq bu gün İranla “altılıq”x9d ölkələri arasında sazişin imzalanması kifayət qədər ciddi hadisədir.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, burada nəzərə alamaq lazımdır ki. Tərəflər son anadək razılığa gələ bilmirdilər:
“O baxımdan razılığın əldə olunması və sənədin imzalanması müsbət hadisədir. İndiyədək razılığın olmayacağı təqdirdə İrana qarşı hərbi əməliyyataların keçrilməsi haqqında fikirlər səsləndirilirdi və bu da öz növbəsində Azərbaycan tərəfində müəyyən narahatçılıq yaradırdı.”x9d
Əldə olunmuş razılığın Azərbaycana təsirlərinə gəldikdə isə R. Musabəyov bildirib ki, bu razılığın əldə olunması iki ölkə arasında iqtisadi, siyasi, regional əməkdaşlıq və digər sahələrdə öz müsbət təsirini göstərəcək:
”x9dƏn əsası isə odrur ki, təcirdin davam edəcəyi təqdirdə Azərbaycandan istifadə oluna bilər şübhəsindən azad oldu və buna son qoyuldu. Artıq buna yer qalmayacaq. Əlaqələrə gəldiokdə isə deyə bilərəm ki, beynəlxalq izolyasiyanın aradan qaldırılması ilk növbədə itqisadi-ticari və regional əməkdaşlığa təkan verəcək.”x9d
Sanksiyaların aradan qaldırılması neftin dünya bazrındakı qiymətinə gəldikdə isə millət vəkili bildirdi ki, İran neftinin dünya bazarında neftin qiymətinin enməsinə təsiri ilə bağlı deyilənlər inandırıcı deyil. “Artıq bu faktor nəzərə alınıb və son günlərdə qiymət aşağı düşməkdədir. Digər tərəfdən isə bu gün İranın neft sənayesinin vəziyyəti dünya bazarına lazımı həcmdə neft çıxarmağa imkan vermir. Və yaxın gələcəkdə də bu mümükün deyil. Bunun üçün zaman lazımdır”x9d, -deyə R. Musabəyov vurğuladı.
Millət vəkili, professor Musa Qasımlı isə hesab edir ki, bundan sonra İranla “altılıq”x9d ölkələri arasında münasibərtlərdə yeni keyfiyyət mərhələsi başalıyr:
“Yaranmış vəziyyət təkcə regionda deyil, bütövlükdə dünyada beynəlxalq münasibətlərə də öz təsirini göstərəcək. Dövlətlərarası münasibətlərdə qüvvələr nisbtinədə bəzi dəyişikliklər olacaq.”x9d




























































































