MŞ sədri jurnalist kadrların xaricdəki aparıcı ali təhsil müəssisələrində təhsil alması üçün Dövlət Proqramının qəbul olunmasını təklif edib
“BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur”x9d.
APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi”x9d ənənələri və müasir jurnalistika”x9d mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: “Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”x9d.
Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə. Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib: “Mövhumatçılıq güclənsə, sabah “Azad Qadın”x9d heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”x9d.








































































































