“Qaçqın və Məcburi Köçkünlər ilə Iş üzrə Dövlət Komitəsinin fəaliyyəti yoxlanılmalıdır”x9d.
Bunu Moderator.az-a
açıqlamasında “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev baş
nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə Iş üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun son günlər bəzi məmurların ünvanına səsləndirdiyi tənqidlərə münasibət
bildirərkən söyləyib.
M.Əliyevin sözlərinə görə,
öncə bu qurumun və həmin qurumda yüksək vəzifə tutan şəxslərin nə dərəcədə şəffaf
fəaliyyət göstərdiyini araşdırmaq, bu qurum və onun yetkililəri haqqında səsləndirilən
ittihamları aydınlaşdırmaq lazımdır:
“Hesab edirəm ki, öncə “Qaçqınkom”x9dun
özünün fəaliyyətini araşdırmağa ehtiyac var. Yoxlamaq lazımdır ki, bu quruma nə
qədər vəsait ayrılıb, bu vəsaitlər nə zaman, hansı məbləğdə hara xərclənib. Adıçəkilən
dövlət qurumunda yüksək vəzifələrdə çalışan şəxslərin hansı villalarda
yaşadığı, hansı obyektlərə malik olub-olmadıqları araşdırılmalıdır. Yalnız bu
araşdırmadan sonra onların səsləndirdiyi tənqidlərin nə dərəcədə səmimi
olub-olmadığı bəlli olar”x9d.
Şamil Əlibəyli


































































































