Ağdərədə erməni silahlıları ilə yerli əhali arasında qanlı toqquşma...

Ağdərədə erməni silahlıları ilə yerli əhali arasında qanlı toqquşma...

Hazırda oxunan: Ağdərədə erməni silahlıları ilə yerli əhali arasında qanlı toqquşma...

73257
Erməni mətbuatı ilginc bir informasiya yayıb. Düşmən medianın xəbərində Dağlıq Qarabağ ərazisində qanlı toqquşmanın olduğu söylənilir.

Moderator.az -ın erməni mətbuatına istinadən məlumatına görə Ağdərə rayonunun Talış kəndində silahlı toqquşma baş verib ki, nəticədə ölən və yaralananlar var.

Xəbərdə qeyd olunur: "Ermənistan Silahlı Qüvvələrinin xüsusi hərbi birliyinin üzvləri ilə yerli Talış kəndinin sakinləri arasında toqquşma baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Talış kəndinin əsasən kişilərdən ibarət olan və ov tüfəngi ilə silahlanmış 50-yə yaxın sakini Mardakert-Mataqis-Talış yolunu bağlayıblar. Onlar erməni ordusuna aid hərbi maşınların qarşısını kəsiblər. Həmin hərbçilərin Talış kəndi ilə üz-üzə yerləşən Azərbaycan ordusuna aid istiqamətdə hərbi əməliyyat həyata keçirəcəyi planlaşdırılırdı.

Buna etiraz edən Talış sakinləri ilə Ermənistandan gətirilən hərbçilər arasında atışma düşüb. Yerli kənd icmasının sədri olan Vilen Petrosyanın sözlərinə görə, bu hadisəni gözləmək lazım idi: «Biz bir neçə dəfə Ermənistan ordusunun kəndimiz istiqamətində hərbi əməliyyatlar keçirməsinə qarşı çıxmışdıq. Hər hərbi əməliyyatdan sonra bizim kəndimiz Azərbaycan tərəfinin hədəfinə çevrilir. Bunun da nəticəsində Qarabağdan olan erməni əsgərlər, kəndimizin gəncləri həlak olur. Məhz buna görə də biz Ermənistan ordusunun kəndimiz istiqamətindən hərbi əməliyyatlar təşkil etməsinə qarşı dəfələrlə çıxmışıq»

Ermənistan ordusu ilə yerli Talış kəndinin sakinləri arasında baş verən toqquşma nəticəsində ən azından kininin erməni hərbçiləri tərəfindən qətlə yetirildiyi bildirilir. Başından güllə yarası almış daha bir Talış kənd sakini isə ağır vəziyyətdə Stepanakertdəki xəstəxanaya çatdırılıb.

Moderator.az erməni mediasına istinadən məlumat verir ki, baş vermiş silahlı insidentlə əlaqədar yerli icra orqanları və qondarma «DQR»nin güc strukturları araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO