"Uşaqlar dünyanı bizdən yaxşı görürlər"

Hazırda oxunan: "Uşaqlar dünyanı bizdən yaxşı görürlər"

62367
Tədbirdən əvvəl uşaqların rəsm sərgisinə baxdım, sevindim ki, onlar dünyanı bizdən yaxşı görürlər.

Onların çəkdikləri rəsmlərdə yaşıl, qırmızı, sarı rənglər üstünlük təşkil edirdi ki, bu da onların qəlbinin işığıdır. 
 
Bunu Milli Məclisdə (MM) "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda  parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dilə gətirib.
 
"Bu, həm də onu göstərir ki, onların həyata inam limiti yüz faizlidir və biz də çalışmalıyıq ki, onların inam limiti daim belə yüksək olsun. Bayaq bir rəsmə baxdım, ilk baxışdan belə demək mümkünsə, primitiv idi, yəni, uşaqlar bir-birinin əlindən tutmuşdu, mən həmin rəsmi çəkən uşaqdan bunun səbəbini soruşdum, dedi ki, yıxılmamaq üçün əl-ələ vermişik. Çox gözəl və təsirli sözlər idi.

Ona görə biz böyüklər də uşaqlardan əlimizi çəkməməliyik. Bizim bütövlükdə uğurlarımız bir-birimizlə əl-əl verib birlikdə addımlamağımızdan keçir" -deyən, komitə sədri eyni zamanda, bu gün real aləmdə olan təhlükələrlə yanaşı, virtual aləmdə də mövcud olan təhlükələrin uşaqlar üçün ciddi problemlər yaratdığını bildirib. 
 
"Vitrual  ailəmdə olan təhlükələr daha ciddi və daha qorxuludur. Çünki uşaqlar bu gün daha çox virtual məkanda, internetdə olurlar. Və ən təhlükəlisi odur ki, onlar məlumatları, informasiyaları real aləmdən daha çox, virtual aləmdən əldə edirlər. Mən bura gələrkən bəzi statistik göstəricilərə baxdım. 
 
Ötən il 776,  bu ilin 9 ayı ərzində isə 486 cinayət hadisəsi törədilib, yəni, bunlar 13-14 yaşlı uşaqların törətdiyi cinayətlərdir. Bu, ciddi siqnaldır. Ona görə də biz nə etməliyik ki, bunun qarşısını ala bilək, onları təhlükələrdən, cinayətlərdən qoruyaq? Hesab edirəm ki, burada bizim, biz böyüklərin hər birimizin üzərinə çox böyük vəzifələr düşür" - deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
 
Komitə sədri eyni zamanda, ölkəmizdə uşaqların hüquqlarının təmin edilməsi istiqamətində çox böyük işlərin görüldüyünü, xüsusilə, ölkə Prezidenti İlham Əliyev, həmçinin, Heydər Əliyev Fondu və onun prezidenti, birinci ledi Mehriban Əliyeva tərəfindən bir sıra vacib, əhəmiyyətli addımlar atıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO