Moderator.az xəbər verir ki, Fransa Prezidenti cənab Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulmuşdu. Artıq belə bir müqavilə “THALES SA” şirkətilə imzalanmışdır.
İmzalanan ilk müqaviləyə əsasən
Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə
tutulub. İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə
olan Avtovağzal və Memar Əcəmi-2 (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək.
Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl
texnologiyalardan olan idarəetmə və işarəvermə
avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər
ös əksini tapıb. Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam
avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə
tutulub.



































































































