Naxçıvanda qadınlara yeni qadağa

Naxçıvanda qadınlara yeni qadağa

Hazırda oxunan: Naxçıvanda qadınlara yeni qadağa

47671

Naxçıvan Muxtar Respublikasında dövlət idarələrində çalışan qadınlar uzunqol köynəklərdən istifadə etməlidir. 

 Moderator.az xəbər verir ki, Muxtar Respublikada tətbiq olunan bu yeni yasaqla bağlı Axar.az-a  Naxçıvan sakinləri məlumat veriblər.

 Sakinlərin sözlərinə görə, dövlət idarəsində çalışan qadınlarla yanaşı, digər sektorlarda işləyən xanımlara da bu yasağın tətbiq ediləcəyi söylənilib. Bundan öncə Naxçıvanda müəllim çalışan qadınlara saçlarını boyamaq, kapron corablar geymək, mini ətəkdən və beli açıq ”“ dekolteli paltarlardan istifadə etmək də qadağan olunmuşdu.

 Qeyd edək ki, bir müddət öncə Naxçıvanda kişilərə də qısaqol köynək geyinmək qadağan edilib.


Naxçıvan Ali Məclisinin Mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov Axar.az-a bildirdi ki, qısamüddətli məzuniyyətdən bu gün qayıtdığı üçün bu barədə məlumatsızdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO