Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 9-də sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncama
əsasən Ağazadə Ənvər Sərdar oğlu Ümid Partiyası sədrinin birinci müavini təyin
edilib.
Ənvər Ağazadə Sərdar oğlu Yardımlı rayon, Zəngələ kəndində anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1995-ci ildən ictimai-siyasi fəaliyyətə başlayıb. 1995-1997-ci illər “Demokratik Tələbə Gənclər Təşkilatı” idarə heyətinin üzvü, 1997-ci ildən 2002 ”“ci ilə dək “Jurlalistlərin Həmkarlar Təşkilatının” təsisçisi və sədr müavini olub. 1997-2001-ci illərdə “Bu gün” qəzetinin siyasət şöbəsində müxbir işləyib. 2001-ci ildə Ümid Partiyası Mətbuat Xidmətinin rəhbəri təyin edilib, bir il sonra Ümid Partiyası sədrinin mətbuat məsələləri üzrə müavini, 2006-2009-cu illərdə Ümid Partiyası sədrinin İdeoloji-Təbliğat məsələləri üzrə müavini vəzifəsini daşıyıb. 2009- çu ildən etibarən Ümid Partiyası Ali Məclisinin sədri olub.






























































































