Aslan Ismayılovdan DIN-ə sual var

Aslan Ismayılovdan DIN-ə sual var

Hazırda oxunan: Aslan Ismayılovdan DIN-ə sual var

46039

Moderator.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov öz facebook səhfəsində Rasim Məmmədov və onun avtomobil kolleksiyası ilə bağlı maraqlı status paylaşıb. Statusda deyilir:

“Azərbaycan Respublikası Baş Prokuroru hər dəfə çıxışında korrupsiyaya qarşı amansız mübarizə apardığını bəyan edir. Mənim kimi vətəndaşlar üçün çox maraqlıdır ki, sıradan biri olan Rasim Məmmədov dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasını hansı pullarla alıb? Necə olur ki, AA 784, AZ 784, AH 784, YY 784, PP 784 və digər qoşa nömrələr DİN tərəfindən məhz ona verilir?! Necə olur ki, bütün Azərbaycanın gözü qarşısında avtomatla silahlanmış cinayətkar dəstə tərəfindən Zülfüqarlıların əmlaklarını əllərindən alır, özlərini vətəndən didərgin salır və heç kim ona “qaşın üstə qara var” demir? Hansı səlahiyyətlərinə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onun əmrinə “baş üstə” deyir, onun tapşırığına əsasən onlarla digər sahibkarların əmlaklarının əllərindən alınmasında “qoçu” rolunu icra edir, məhz Rasim Məmmədovun göstərişinə əsasən məni, vəkil Aslan İsmayılovu qanunsuz olaraq DİN-in idarəsinə aparıb fiziki, psixi təsirlərə məruz qoyur, ölümlə təhdid edir?
Xarici dövlətlərdə yerləşdirdiyi milyardların ünvanını yəqin ki, havadarları deyər.
Mən isə yuxarıda sadaladığım avtomobil kolleksiyasının bir qisminin şəkllərini paylaşıram ki, bəlkə araşdıran oldu”.


Aslan Ismayılovdan DIN-ə sual var Aslan Ismayılovdan DIN-ə sual var Aslan Ismayılovdan DIN-ə sual var Aslan Ismayılovdan DIN-ə sual var Aslan Ismayılovdan DIN-ə sual var
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO