AXCP - nin Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmliyə 15 sutka həbs cəzası verildi.
AXCP- dən Avropa.info-ya verilən məlumata görə, Mirələmli Cəlilabadda keçiriləcək mitinqə görə həbs olunub.
Təzəxan Mirələmli Nərimanov rayon məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb.
Mirələmli saat 12:00 radələrində evindən çıxarkən Nərimanov rayon polisi tərəfindən saxlanılıb. Məhkəmənin qərarına əsasən AXCP sədri saxlanılarkən polisə müqavimət göstərib. Məhkəmənin qərarı ilə Təzəxan Mirələmli 310.1 maddəsi ilə 15 sutka həbs cəzası verilib.


































































































