Gəncə polisində Şabanovlar fırtınası əsir...

Gəncə polisində Şabanovlar fırtınası əsir...

Hazırda oxunan: Gəncə polisində Şabanovlar fırtınası əsir...

41653





Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Rasim Musayevin vəzifəsi dəyişdirildikdən sonra polis polkovniki Faiq Şabanov onun yerinə təyinat aldı. Bir müddətdən sonra adıçəkilən idarənin Baş Cinayət Axtarış Şöbəsi rəisinin müavini işləyən qardaşı İlqar Şabanovun barəsində mətubatda gedən  çoxsaylı yazılardan sonra  başqa rayon polisinə vəzifəyə göndərildi. Amma buna baxmayaraq bu günə kimi öz kürəkəni , qardaşı oğlanları və digər yaxın qohumları hələdə müxtəlif vəzifələrdə qalmaqda davam edir.

 Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qardaşı oğlu, həm də yeznəsi polis kapitanı Ramin Şabanovu  GBPİ-nin  Dövlət Yol Polis bölməsində rəis müavini vəzifəsinə təyin edib. Amma bu təyinat əslində GBPİ-nin DYP bölməsinə əlavə nəzarət etməyə hesablanıb.Əslində DYP bölməsində rütbəcə yüksək olan onlarla polis əməkdaşları var. Digər postda GBPİ-nin rəisinin digər qardaşı oğlu polis kapitanı Azər Şabanov isə Nizami rayonun Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəis əvəzi vəzifəsini icra edir. Digər kiçik vəzifələrdə isə öz yaxın qohum-əqrəbalarından olan onlarla polis əməkdaşlarını ya yeni polisə gətirilib,  ya da ki, keçmiş xidmət yerlərini dəyişib.

Gəncə DYP-də Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun kürəkəni şəxsi biznes marağı üçün özünə “evakuator” alıb. Gün ərzində tabeçiliyində olan DYP-nin  patrul  xidmətində xidmət keçən əməkdaşlarının vəzifələri DYP-nin cərimə meydançasına  tapşırılan normada maşınlar gətirməklə “kürəkən”ə pul qazndırmağa istiqamətlənib. Evakuator xidməti 20 azn olsa da 1 manat da olsun dövlət büdcəsinə pul ödənilmir. Rəis Faiq Şabanov cinayətkarlığa qarşı mübarizə əvəzinə polisin strateji postlarına öz yaxınlarını yerləşdirməklə şəxsi mənafeyini güdməyə xidmət edir. İdarə rəisi Gəncədə sahibkarlıqla məşğul olan şəxslərin təhlükəsizliyini təmin eləmək, asayişini qorumaq əvəzinə azad biznesi “boğmaq”la, iş adamlarını “yükləməklə” məşğuldur.Rasim Musayevin  dövründə də qüsurlar olsa da Gəncə elitası və sıravi gəncəlilərin siyasi hakimiyyətdən ümidsizliyi indiki həddə deyildi. Bu, daha çox sosial narazılıqlar səviyyəsində idi və R.Musayev bu narazılıqları nəzarətdə saxlamağı, imkan düşdükcə isə həll etməyi bacarırdı. Ən başlıcası isə R.Musayev Gəncə elitası ilə qarşıdurma yolunu yox, əksinə, əməkdaşlıq yolunu seçmişdi. İndi isə ölkənin ikinci paytaxtı  hikkəsi yerə-göyə sığmayan icra başçısı E.Vəliyevlə polis rəisinin  şıltaqlığının girovuna çevrilib.Yəqin ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi Gəncə polisində kök salmış bu qohumbazlığı və digər nöqsanlar baədə köklü addımlar atmaqla gəncəlilərin içindəki narazılıq oduna sərin su səpəcəklər... 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO