“Kalaşnikov” avtomat silahının əfsanəyə dönmüş konstruktoru Mixail Kalaşnikov bu gün vəfat edib.
Moderator.az “RİA Novosti”yə istinadən bildirir ki, noyabrın 17-dən etibarən O,Udmurtiyadakı klinik-diaqnostika xəstəxanasının reanimasiya şöbəsində idi.
“Bu gün - dekabrın 23-də isə kədərli bir xəbər aldıq. Atıcı silahların dahi konstruktoru Mixail Timofeyeviç Kalaşnikov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 94-cü ilində vəfat edib” - deyə Udmurtiya prezidentinin mətbuat katibi Viktor Çulkov özünün rəsmi facebook səhifəsində yazıb.


































































































