Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək

Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək

Hazırda oxunan: Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanmasında yenilik tətbiq ediləcək

38371
Azərbaycanda ali məktəblər orta məktəb dərsliklərinin hazırlanması prosesində iştirak edəcəklər.

Moderator.az-ın  məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bununla bağlı ali məktəb rəhbərləri ilə görüşdə də müzakirələr aparılıb. Nazir hesab edir ki, ali məktəblərin orta məktəb dəsliklərinin yazılması prosesinə cəlb olunması həmin təhsil müəssisləri üçün də maraqlıdır: "Ali təhsil müəssisələrinin müəllimləri dərsliklərin hazırlanmasında iştirak etməklə əlavə gəlir mənbəyi əldə etmiş olurlar. Bu tədris ili ərzində hazırlanan dərslikərdə ali təhsil müəssisələrinin daha fəal iştirakını görə biləcəyik".

M.Cabbarov deyib ki, ali təhsil ocaqlarında olan elmi mütəxəssislərin dərslik hazırlanması prosesinə aktiv cəlb olunması qarşıda duran əsas məsələlərdən biridir.

Nazir təəssüflə qeyd edib ki, bu gün dərslik müəlliflərinin siyahısına baxdıqda istədiyimiz yüksək bilik və bacarığa malik olan ali təhsil müəllimlərinin bu prosesin fəal iştirakçıları olmadığını görürük: "Burada sual ali təhsil ocaqlarına ünvanlamalıdır. Nəyə görə ali təhsil ocaqları öz elmi biliklərini bölüşmürlər?"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO