“Boz qurd”lar Rusiyada baş verənləri irqçilik adlandırdı

“Boz qurd”lar Rusiyada baş verənləri irqçilik adlandırdı

Hazırda oxunan: “Boz qurd”lar Rusiyada baş verənləri irqçilik adlandırdı

35354
Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası Moskvada  qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalova işgəncə verilməsi və bu olaydan istifadə edərək soydaşlarımıza qarşı hücuma keçilməsi ilə bağlı etiraz bəyanatı yayıb. AMDP sədri İsgəndər Həmidovun “Yeni Müsavat”a verdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşına qarşı bu cür vəhşiliyi qəti şəkildə pisləyirlər: “Məişət məsələsinə aid olan bir cinayət hadisəsinə görə bir millətin nümayəndələrinə qarşı bu cür hücum edilməsi əxlaqsızlıqdı.  Hər bir millətdən olan şəxs cinayət törədə bilər.  Biz baş vermiş cinayət hadisəsini pisləyirik. Amma Rusiyada bu gün baş verənlər tam bir irqçi hərəkatdı və bunun da başında Vladimir Putin dayanır. Azərbaycan vətəndaşına qarşı bu cür rəftar insan haqlarının kobud şəkildə pozulmasıdı. Bununla belə cinayətkara da haqq qazandırmırıq. Onu da bəyan edirik ki, Putin hakimiyyəti bu cür hadisələrlə Rusiyada başlayan iqtisadi böhranı ört-basdır eləmək istəyir. Eyni zamanda ordakı azərbaycanlılara məxsus bazarları, fabrikləri soydaşlarımızın əlindən almağa çalışırlar. Biz bunları qəti şəkildə pisləyirik”.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO