Azərbaycan Yazıçılar Birliyinin Katibliyi sentyabrın 30-da iclas keçirib. İclasda prezident seçkisi ilə bağlı məsələlər müzakirə olunub.
Moderator.az-ın APA-ya istinadən məlumatına görə, Yazıçılar Birliyindən bildiriblər ki, iştirakçıların ümumi rəyinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdır: “Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz”.
İclasda iştirak edənlər seçkidə prezident İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər və ədəbi ictimaiyyəti ona səs verməyə çağırıblar.





























































































