Moderator.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Həsən oğlu Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilsin.
Qeyd edək ki, İ.Cəfərov Gəncədəki 38 saylı DSK-nın sədridir.

































































































