“Ortaq türk əlifbası hələ 1926-cı ildə qəbul edilmişdi, amma...”x9d

“Ortaq türk əlifbası hələ 1926-cı ildə qəbul edilmişdi, amma...”x9d

Hazırda oxunan: “Ortaq türk əlifbası hələ 1926-cı ildə qəbul edilmişdi, amma...”x9d

175158

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbasına keçidlə bağlı sərəncam imzalayıb. Hansı ki, onun məlum sərəncamı ortaq türk əlifbası ideyasının reallaşması ilə bağlı ümidlərin yenidən artmasına səbəb olub.

Maraqlıdır, Qazaxıstanın latın əlifbasına keçməsi ortaq türk əlifbasının yaradılması prosesini sürətləndirə bilərmi?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmdəbəyli hələ 1926-cı ildə ortaq türk əlifbasının qəbul edildiyinə diqqət çəkdi:

“1926-cı ildə ilk dəfə Bakıda türk dili qurultayında ortaq türk əlifbası qəbul edildi. Türkiyədə Atatürk əleyhinə istifadə edilən ən ciddi arqumentlərdən biri budur ki, əlifbamızı dəyişdirdi və bizi tariximizdən qopardı. Ona görə də cəmiyyətimiz savadsız qaldı. Halbuki, 1926-cı ildə Bakıda qurultay qərar qəbul etmişdi ki, ortaq əlifba bütün türklər üçün məcburidir. Atatürk iki illik hazırlıq mərhələsindən sonra ortaq türk əlifbasını tətbiq etməyə başlamışdı. Sonra ruslar baxdı ki, ortaq türk əlifbası ortaq şüur formalaşdıracaq. Bu da rusların xeyrinə deyil, ona görə də kiril əlifbasına keçməyimizi məcburi hala gətirdilər. Həm də sovet sərhədləri içində yaşayan türk xalqları üçün ayrı-ayrı kiril əlifbaları tətbiq etdilər. Bunun səbəbidir ki, bu gün qardaşlarımızla rahat şəkildə bir-birimizi anlaya bilmirik.

Sovetlər dağılandan sonra ortaq türk əlifbası məsələsi yenidən gündəmə gəldi. Türkiyədə türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq, İşbirliyi qurultayları keçirildi. Burada bir çox faydalı qərarlar qəbul edildi. Ancaq nə yazıq ki, bunları çoxusu kağız üzərində qaldı. Xüsusilə də Türkiyə baş naziri, sonra isə prezidenti olan Dəmirəlin xəyanəti sayəsində Türk Qurultaylarında alınan çox faydalı qərarlar havada qaldı.

Nursultan Nazarbayev çox dəyər verdiyim bir dövlət adamıdır. Belə bir qərar qəbulu ilə bağlı atdığı addım təqdirəlayqidir. Ümid edirəm ki, bir gün də tam mənada ortaq türk əlifbası hər yerdə tətbiq ediləcək. Bu da arxasınca böyük fikir adamı İsmayıl Qaspralının “dildə, fikirdə, işdə birlik”x9d düsturunun gerçəkləşməsinə səbəb olar”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO