“Amnistiya aktı qanunvericilik baxımından dürüst və amnistiya haqqında qərarların təcrübəsinə əsaslanaraq, mükəmməl hazırlanıb”x9d.
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə amnistiya aktı ilə bağlı fikirlərini bildirərkən deyib. Komitə sədrinin sözlərinə görə, artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb, Milli Məclisə təqdim edilməsi, xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət ənənəyə çevrilib:
“Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılması, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai- siyasi sabitliyinin qorunmasına da öz töhfəsini verir. Əvvəllər söylədiyimiz kimi Azərbaycan cəzaçəkən məhkumlarının sayına görə, keçmiş sovet respublikalarını qabaqlamış və Avropa ölkələri ilə isə bir sıradadır. Nəzər alsaq ki, yeni amnistiya qərarı 10 min şəxsə həvalə ediləcək, bu, ölkəmizin yuxarıda sadalanan müsbət göstəricisinin qoruyub saxlamasına imkan yaradacaq”x9d.
Ə. Hüseynli söyləyib ki, bu qərar əvvəlki qərarla müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir:
“Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir. Bütövlükdə amnsitiya aktı 10 min nəfərə şamil olunur. Bu, əvvəlkilərlə müqayisədə 1000 nəfər çoxdur. Təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir neçə məhdudiyyətləri ehtiva edir. Bu da təbiidir. Çünki, ümumiyyətlə amnsitiya qərarlarında ağır cinayətlərə yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəsizliyi nəzərə alınmalıdır. Əks tədbirdə onun humanizm ideyası tətbiq edilə bilməz. Amnistiya qərarının III hissəsinə görə, qərar 2016-cı ilin iyun ayının 15-də qüvvəyə minəcək. IV hissəsində isə amnistiyanın hansı orqanlar tərəfindən və necə icra olunacağı müəyyən edilib. Qərarın ümumi icra müddəti 4 aydır. Amma tam əminliklə deyə bilərəm ki. Azərbaycanın ədliyyə, məhkəmə və hüququ mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. Hörmətli millət vəkilləri şübhə yoxdur ki, Heydər Əliyev Fondun prezidenti millət vəkili Mehriban Əliyevanın bu nəcib təşəbbüsü hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və azad olunmuş minlərlə insanlar cəmiyyətə qovuşacaq. Araşdırmalar onu göstərir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş son amnistiya aktları ilə azadlığa buraxılanların arasında yenidən cinayət törətmək meylləri demək olar ki yoxdur. Bu onu göstərir ki. Heydər Əliyev Fondu insan hüquqlarının qorunması sahəsində də qarşıya qoyduğu məqsədə nail olub. Buna görə əminliklə demək olar ki, Respublika günü münsibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında öz töhfəsini verəcək. İnsanların haqq- ədalət inamını daha da möhkəmləndirəcək”x9d.







































































































