Moderator.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Cəmiyyəti Müdafiə Forumu keçirilib. Forumda Norveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsen də iştirak edib. Səfir çıxışında vətəndaş cəmiyyətlərinin inkişafının zəruriliyinə diqqət çəkib və bunun hər bir dövlətin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Hər bir dövlətin
inkişafı və möhkəmlənməsi üçün vacib olan şərtlərdən biri güclü vətəndaş cəmiyyətinin
mövcudluğudur. Norveçin bu məsələdiki mövqeyi bəllidir. Təmsil etdiyim dövlət
bu istiqamətdə aktiv siyasət yürüdür. Norveç Azərbaycanı demokratik dövlət kimi
görmək istəyir. Norveç demokratik dövlət quruculuğunda Azərbaycana dəstək verməyə
hazırdır. Norveçin Azərbaycandakı səfirliyi də ölkədəki vətəndaş cəmiyyətləri
ilə sıx əməkdaşlıq edir”x9d.

































































































