Aprelin 2-də düşmən hücumunu dəf edən Silahlı Qüvvələrimizin həyata keçrdiyi əks-hücum nəticəsində iki kəndin və bir neçə strateji yüksəkliyin düşməndən təmizlənməsi faktını Qarabağ müharibəsi dönəmində yeni mərhələ hesab etmək olar. Hansı ki, 12 əsgərimizin şəhidliyi ilə açılan bu səhifənin işğaldakı torpaqların azadlığı uğrunda geridönməz prosesə çevriləcəyi ilə bağlı ümid və gözləntilər kifayət qədər yüksəkdir.
Maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü, işğaldakı torpaqların azadlığı uğrunda mübarizədə şəhid olan hərbçi ailələrinin kommunal xərclərdən ən azından bir neçə il müddətindəxa0 azad edilməsi mümkündürmü? Belə bir addımxa0 şəhid ailələrinin sosial həyat şəraitini yaxşılaşdırmaq baxımından məqsədəuyğun hesab edilə bilərmi?
Moderator.az-a açıqlamasında jilk dəfə urnalist Seymur Əliyev tərəfindən irəli sürülən bu təklifə (//www.moderator.az/news/130293.html ) münasibət bildirən AMEA-nın aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli şəhid ailələrinin kommunal xərclərdən azad edilməsi təklifini dəstəklədiyini vurğuladı:
“Hesab edirəm ki, artıq yeni dövr başlayıbdır. Bu mərhələ bizi son qələbəyə doğru aparacaqdır. Bu mərhələ əvvəlki dövrdən fərqlənir. İndi bütün türk-müsəlman dünyası bizi dəstəkləyir. Bu, həm dünyada yaranan geopolitik vəziyyətlə, həm də Azərbaycan diplomatiyasının uğurlu addımları ilə bağlıdır. Azərbaycan prezidentinin son addımları bunu deməyə əsas verir. Hesab edirəm ki, döyüşdə şəhid olan qəhrəmanların ailələlərinə bütün güzəştlər edilməlidir. Xüsusilə də kommunal xərclərdən azad olunmalıdırlar. Onların ailələrinə yüksək həddə təqaüdlər verilməli və mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Onlar Azərbaycan gəncliyinə qəhrəmanlıq səhnələrini canlarından keçməklə göstərdilər. Gənclik də görməlidir ki, dövlər öz şəhidinə necə sahib çıxır”x9d.
D.Əzimli məmurların oğurladıqları pullara dövlətin əl qoymasını və bunu müharibədə iştirak edən hərbçilərin ailələrinə sərf etməsinin də zəruriliyinə diqqət çəkdi:
“Bu gün çoxlu sayda imkanlı şəxslər vardır ki, onların balaları xaricdə restoranlarda kef çəkirlər. Onlar hərbiyə getmirlər. Dövləti həmişə imkanı olmayanlar qoruyurlar. Bu, tarixən belə olub və olacaqdır da.... Bu mənada dövlət bunu nəzərə almalıdır. Harın məmurların oğurladıqları pulları əllərindən alıb vətən naminə şəhid olan ailələrin normal yaşamasına xərclənməlidir.
Ölkə başçısı da öz çıxışında bu məsələyə geniş toxundu və bildirdi ki, şəhid olanların ailələrinə qayğımız daha da atrırmalıyıq. Bu mənada doğrudan da məmurların üzərinə böyük məsuliyyət düşür. Onların artıq milli məsələni canından artıq tutan insanlarla əvəzlənməsinin çoxdan vaxtı çatıbdır. Əminəm ki, belə olcaqdır. Çünki ölkə başçısı onlara da kəskin şəkildə münasibət bildirdi. İnşallah, bu məslələr həllini tapacaqdır”x9d.
Fidan İmranlı
xa0
xa0
xa0





























































































