ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında milli dövlətçilik simvollarının dövlətə məxsus bütün müəssisələrdə yer almasının zəruriliyini bildiirb. S.Cəlaloğlunun sözlərinə görə, bu gün bəzi nazirliklərin üzərində bayraq və gerbə rast gəlmək olmur ki, bu da təəssüf doğurur:
“Dövlət binaları və orta məktəblərin
hamısında Azərbaycanın bayrağı asılmalıdır. Hətta uşaq bağçası belə dövlət məxsusdursa,
onunda qarşısında bayraq olmalıdır. Dövlətə məxsus hər bir müəssisənin üzərində
dövlət bayrağı və gerbi olmalıdır. Bu, həm dövlətçiliklə bağlı simvolları təbliğ
edir, həm də həmin müəssisənin dövlətə məxsusluğunu göstərir. Bunu görən hər kəs
ora xüsusi məsuliyyət hissi ilə daxil olacaq, biləcək ki, bu, dövlət müəssisəsidir.
Amma Azərnbaycanda bəzi nazirlikəlrin üzərində belə bayraq və gerb yoxdur. Bu,
dövlətçilik şüurunun zəif olmasının əlamətidir”x9d.
Seymur Əliyev

































































































