Son vaxtlar kredit borcu səbəbi ilə bank əməkdaşlarının hədə-qorxusuna, təhqir və zorakılığına məruz qalan vətəndaşlarla bağlı mediada dərc olunan məlumatların sayı getdikcə artmaqdadır. İş o yerə çatıb ki, bəzi banklar vətəndaşıxa0 onun barəsində çalışdığı iş yerində və yaşadığı məkanda rüsvayedici məlumatlar yaymaqla hədələyərək bu yolla kreditin ödənilməsinə nail olmağa çalışır.
Bank əmədkaşlarının bu cür davranışı isə şübhəsiz ki, insanlarda ciddi psixoloji gərginlik formalaşdırır ki, bu da bəzi hallarda intiharlarla müşahidə edilir.
Maraqlıdır, bank əməkdaşlarının bu davranışı nə dərəcədə qanunidir? Vətəndaşın banka borclu olması doğrudanmı onun təhqir edilməsi, hədələnməsi, rüsvay edilməsi üçün əsas verir? Bank əməkdaşlarının özbaşınalığı ilə qarşılaşan vətəndaşlar nə etməlidir? Mövcud hüquq sistemi bu kimi hallarda hansı addımlar atmağı tələb edir?
Məsələ ilə bağlı Moderator.az-a və “Hürriyyət”x9d qəzetinə açıqlama verən hüquqşünas Nicat Gözəlov hazırda məhkəmələrdə bu kimi hallarla bağlı kifayət qədər işin araşdırıldığına diqqət çəkdi:
“Hazırda məhkəmələrdə böyük proseslərə başlanılıb. Məhkəmələrdə kredit müqavilələrinin qanunazidd olması, bu müqavilələrin tərtibində yalnız bir tərəfin maraqlarının qorunması, tərtibatın özünün qanunvericiliyə zidd olması və s. ilə bağlı iddialar qaldırılır.
Avtomobil kreditlərinin dollarla verilməsinin qanunsuzluğu ilə bağlı da iddialar mövcuddur. Məsələ bundadır ki, gərək bu işlərlə illər öncə məşğul olunaydı. Lakin uzun müddət bu məsələyə diqqət yetirilməmiş, bunun üstündən keçilmişdir”x9d.
Hüquqşünasın sözlərinə görə, kredit borcunu ödəyə bilməyən vətəndaşa bank sadəcə bir dəfə zəng edərək borcunu onun yadına sala, ödəməklə bağlı xahiş səsləndirə bilər. Bank əməkdaşının vətəndaşdan israrla nəyisə tələb etməsi, onu hədələməsi, qorxutması yolverilməzdir və həmin şəxs qanunla məsuliyyət daşıyır:
“Bankın problemlər şöbəsinn deyil, kredit şöbəsinin mütəxəssisi telefon vasitəsi ilə bir dəfə zəng edib kredit borcunu vətəndaşın yadına sala bilər. Lakin bu, xahiş və yaxa0 yadasalma formasında edilə bilər. Banklardakı problemli kreditlər şöbəsinə əsasən hüquqşünasların əvəzinə, idmançılar işə götürülür. Əgər hər hansı bir şəxs ödəniş edə bilmirsə, gecikmə varsa, kredit şöbəsinin əməkdaşı hüquq şöbəsinə müraciət etməlidir və sonuncu ancaq poçt vasitəsilə bildiriş(pretenziya) göndərib borcluya məlumatın çatdırıldığından 21 gün sonra öz növbəsində məhkəməyə ərizə ilə müraciət edir.
Bank zorakılığı ilə bağlı məsələ ötən il daha acınacaqlı səviyyədə idi. Mən Baş Prokurorluğun və DİN-nin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Çünki onlar bu məsələlərə operativ reaksiya göstərdilər. Nəticə etibari ilə bu gün bank əməkdaşlarının bir çox hallarda qanunsuz hərəkətlərinin qarşısı alınmışdır. İnsanları özünü öldürmə həddinə çatdırma halı CM-nin 125-ci maddəsində nəzərə alınıb. Bank əməkdaşları bilməlidirlər ki, bir insan sizin zənginizdən, təhrikinizdən, hədə-qorxunuzdan sonra gedib intihar edəcəksə, siz Azərbaycanı sevməyən bir şəxs kimi bu hərəkətinizdə davam edəcəksinizsə, prokurorluq sizin barənizdə CM-nin 125-ci maddəsi ilə cinayət işi açacaq. CM-nin 322-ci maddəsində də özbaşınlıqla bağlı məsuliyyət də nəzərdə tutulub”x9d.
N.Gözəlovun sözlərinə görə, bəzi banklar istinad etdikləri müqavilənin tələblərinə əməl etmir, məhkəməyə müraciət etmək yerinə hədə-qorxuya əl atır:
“Bankla vətəndaş arasındakı müqavilədə göstərilir ki, tərəflər məsələni öz aralarında həll edir və bu, alınmayanda məhkəməyə müraciət edir. Amma təəssüflər olsun ki, bank əməkdaşları özbaşınalıqlarını davam etdirirlər. Banklar kollektor şirkətləri ilə müqavilə bağlayırlar. Onlar isə camaatdan hədə-qorxu ilə pul tələb edirlər. Onlar bilməlidirlər ki, kiminsə barəsində rüsvayedici məlumatlar yaymaq, hədə-qorxu gəlməklə pul tələb etmək olmaz. Bu da cinayət məsuliyyəti doğurur. Məhkəmə var, qayda-qanun var. Hüquqa hörmətlə yanaşmaq lazımdır.
Hüquq-mühafizə orqanlarının bu işə müdaxiləsi olmasaydı, bu gün ölkədə intiharlar daha geniş vüsət alardı. Biz elan edirik ki, bu problemlərin hər birinin hüquqi çıxış yolları var. Bəzi bankların da bu məsələdə ortaya qoyduğu bugünkü davranış qanunsuzdur”x9d.
N.Gözəlovun sözlərinə görə, bank əməkdaşlarının özbaşınalığı ilə üzləşən insanlar dərhal prokurorluğa və polisə müraciət etməli, hüquqşünasların köməyi ilə məhkəmədə öz haqlarını müdafiə etməlidirlər:
“Banklar tərəfindən hədə-qorxuya məruz qalan, təhdid edilən, qonşusunun qapısına kağız yapışdırılmış insanlar, iş yerində təhdid edilmiş insanlar məsələnin hüquqi müstəvidə həlli üçün müraciət etməlidir. Təsəvvür edin ki, bəzi hallarda kredit götürən şəxsin iş yerinə gəlirlər və bildirirlər ki, sizi burada biabır edəcəyik. Axı ailə sirri deyilən bir anlayış var. Niyə qonşu bilməlidir ki, mənim hansısa bankda kredit borcum var? Bunu niyə aləmə car çəkməlisiniz ki? Onda şərəf və ləyaqətin, işgüzar nüfuzun və s-nin müdafiəsi məsələləri gündəmə gəlir.
Bank əməkdaşlarının qanunsuz davranışı ilə üzləşən hər kəs dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Hüquq imkan verən yerdə heç kimin qanunsuz hərəkətinə yol verilmir. Vətəndaşlar heç nədən çəkinməsin. Azərbaycan Respublikası hüquqi dövlətdir və hər bir vətəndaşının məhkəmədə öz hüquqlarını müdafiə etmək imkanı var. Bu işlər məhkəmələrdə araşdırılacaq və müvafiq qaydada həll ediləcək. Məsləhət görürəm ki, bu cür problemlə üzləşən hər bir vətəndaş ən yaxınındakı hüquqşünaslara müraciət etsin və onların köməyindən faydalansın”x9d.
xa0
Seymur Əliyevxa0
































































































