Tanınmış politoloqdan Araz Əzimova dəstək

Tanınmış politoloqdan Araz Əzimova dəstək

Hazırda oxunan: Tanınmış politoloqdan Araz Əzimova dəstək

121720
Diplomat Araz Əzimov  Avstriyanın nüfuzlu “Die Presse”x9d qəzetinə müsahibəsi zamanı Suriya münaqişəsi ilə bağlı geniz müzakirəyə səbəb olmuş fikirlər səsləndirib: “Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”x9d.

Moderator.az A.Əzimovun mövqe ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib. 

T.Abbasov bildirib ki, Suriyanın siyasi meydanında real olaraq ən nüfuzlu, ölkə əhalisinin əksəriyyətinin dəstəyini tapmış qüvvə Bəşər Əsəddir: “Hal - hazırda Bəşər Əsəd Suriya daxilindəki mübarizənin mübahisəsiz lideridir,  onun ardında döyüşə hazır ordu və 10 milyon vətəndaşı var. Onlar vətəni tərk etməkdənsə vətəndaş müharibəsinin və terrorçu hücumçuların yaratdığı daha ağır vəziyyətdə yaşamağı tərcih edirlər. Hətta sünni icması özünün dini rəhbərləri onun  tərəfindədirlər. Həm 110 minlik ordu Bəşər Əsədin arxasındadır, həm də  "Hizbullah" döyüşçüləri kürd qoşunu və Rusiya hava-kosmik qüvvələri də onu dəstəkləyir. Onlar birlikdə cihad edənlərin kökünü tamamilə kəsə bilərlər. Bu şəraitdə Əsəd qüvvələri üçün hərbi təşəbbüsü əldən verməmək vacibdir. Döyüş meydanlarında üstünlüyü saxlayaraq qaynar bölgələri terrorçulardan təmizləyib, azsaylı qrupları təhlükədən qurtarmaq olar. Sivil cəmiyyətdə də bunu yalnız alqışlamaq lazımdır”x9d.

Qeyd edək ki, XİN rəsmisi A.əzimovun belə mövqe sərgiləməsi bəzi ekspertlər tərəfindən Azərbaycanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi kimi qiymətləndirilib.

Rumiyyə 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO