MTN rəhbərliyi ilə bağlı baş verən proseslər, ölkənin ən nüfuzlu nazirliklərdən birinin rəhbər heyətinin ciddi qanun pozuntusunda ittiham edilməsi bütün ölkədə əsl şok effekti yaradıb. Narahatlıq doğuran bir xeyli məqam var ki, bunlardan da biri baş verən proseslərin Azərbaycanın milli təhlükəsizliyi, müharibə hazırlığı ilə bağlı vəziyyətinin heç də iddia edildiyi kimi yüksək səviyyədə olmaması ilə bağlıdır.
Maraqlıdır, torpaqları işğal edilən, müharibə şəraitində olan Azərbaycanda MTN rəhbərliyinin kütləvi şəkildə qanun pozuntusunda ittiham edilməsi ölkəmizin müharibə hazırlığı haqqında nə deyir? MTN kimi önəmli bir qurumun rəhbərliyinin dövlət deyil, şəxsi maraqlar naminə çalışdığı bir dövlətdə müharibə hazırlığı lazımi səviyyədə ola bilərmi?
xa0Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu sahədə ciddi problemlərin mövcudluğuna diqqət çəkdi:
xa0“Əslində milli təhlükəsizliklə bağlı təhlükə hər zaman mövcud olub. Mövcud hakimiyyətin dönəmində isə bu təhlükə daha da artıb. Bu gün MTN-lə bağlı baş verənləri əslində bütün nazirliklərə şamil etmək olar. Digər nazirliklərdə də vəziyyət MTN-dən fərqli deyil. Azərbaycanda bu vəzifəlilərin milyonlar yığması, kapitalı xaricə çıxartması oxa0 qədər geniş və kütləvi hal alıb ki, bundan xarici ölkələrin kəşfiyyat orqanları da kifayət qədər məlumatlıdır. Onlar bütün baş verənləri izləyirlər. Burada söhbət 5-10 manatdan deyil, yüz milyonlarla manat vəsaitdən gedir. Bu mənada onların hər zaman şantaj edə bilərlər. Bütün bunlar isə heç şübhəsiz ki, milli təhlükəsizliyimiz üçün problemdir. Bütün baş verənlər əslində ölkədəki böhranın göstəricisidir.xa0 Bundan öncəxa0 ölkəyə neft pulları axırdı. Indi həmin pullar azalıb, nəticədə bu cür əsəbi bir proses başlayıb. Hesab edirəm ki, MTNxa0 məsələsinin arxasında xarici faktor dayanır. Rusiyanın müəyyən narazılıq və iradlarının olduğunu güman edirəm. Bu isə MDB dövlət başçılarının Qazaxıstanda keçirilən görüşündə görünür, hansısa formada ölkə başçısına çatdırılıb.
Seymur Əliyev
xa0
xa0



































































































