Azərbaycanda effektli idarəetmə sistemi formalaşdırmaq üçün struktur və kadr islahatlarına ciddi ehtiyac var.
Bunu Moderator.az -a açıqlamasında ekspert, sabiq nazir Oqtay Haqverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti Nazirlər Kabinetinin son iclasında idarəetmədə müəyyən problemlərin olması ilə yanaşı struktur və kadr islahatları ilə bağlı fikirlər səsləndirdi. “Ölkə başçısı struktur islahatlarının aparılacağını bildirdi. Aparılmalıdı və bu proses çoxdan başlamalı idi. Yəqin indi artıq hamı başa düşür ki, bu formada idarəetmə mümkün deyil. Ona görə də islahatların reallığı gündəmə gəlib”x9d, -deyə Haqverdiyev vurğuladı.
Ekspert hesab edir ki, bu gün Azərbaycanda 20-dək nazirlik, bundan əlavə dövlət komitələri və digər sturukturlar var və bunların bir çoxu eyni funksiyanı həyata keçirir və yaxud fəaliyyətlərində bir-birni təkrarlayırlar: “Hesab edirəm ki, ölkədəki nazirliklərin sayı 20-dən 10-12-yə endirilməli, bir çox komitə və digər strukturlarda da islahatlar aparılaraq optimal idarəetmə modeli formalaşdırılmalıdır. Bu proses tədricən davam etməli və 2-3 ilə yekunlaşdırılmalıdır. Burada tələskənliyə yol vermək olmaz. 2-3 il ərzində idarəetmə modeli kökündən dəyişməli və optimal, effektiv idarəetmə modeli yaradılmalıdır. Bunu son illərdə dünyada gedən proseslər də zəruri edir.”x9d
Ekpsert onu da əlavə etdi ki, struktur islahatı ilə yanaşı kadr hazırlığı və islahatı prosesi də sürətləndirilməlidir: “Düzdür kadr siyasəti bir az başqa mövzudur. Burada digər amillər də mövcuddur. Ancaq optimal effektli idarəetmədə kadr siyasəti müstəsna rol oynayır. Çox müasir standartlara cavab verən optimal bir struktur yaradıla bilər, ancaq peşəkar və dövrün tələblərinə cavab verən kadr olmazsa, o zaman yaradılan bu optimal sistemin effektli idarəedilməsi mümkün olmayacaq və bu lazımı nəticəni verməyəcək. O baxımdan kadr siyasəti həm mürəkkəbdi, həmdə bu istiqamətdə indidən ciddi hazırlıq işləri aparılmalıdır.”x9d


































































































