“F1” Azərbaycan Qran-Prisiylə bağlı danışıqlar başlayıb - Müddətin uzadılması...

“F1” Azərbaycan Qran-Prisiylə bağlı danışıqlar başlayıb - Müddətin uzadılması...

Hazırda oxunan: “F1” Azərbaycan Qran-Prisiylə bağlı danışıqlar başlayıb - Müddətin uzadılması...

79141

Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması ilə bağlı “Fomrula-1” rəhbərliyi ilə danışıqlara başlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib. 

A.Rəhimov Trend-ə bildirib ki, Formula 1 ilə danışıqlara başlanılıb və hələlik qərar barədə danışmaq tezdir:  

“Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var”. 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen oldu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO