Bakıda Şumaxerin rekordu qırıldı

Hazırda oxunan: Bakıda Şumaxerin rekordu qırıldı

78893

“Alpine” komandasının ispaniyalı pilotu Fernando Alonso Formula 1-də ən uzunmüddətli karyera üzrə Mixael Şumaxerin rekordunu qırıb.

Bizim.Media xəbər verir ki, bu barədə çempionatın “Twitter” səhifəsində məlumat verilib.

Alonso yarış seriyasında debütünü 2001-ci ildə Avstraliyadakı mərhələdə edib. 12 iyun 2022-ci il bazar günü o, Azərbaycan Qran Prisində yarışa çıxmaqla alman pilotun nailiyyətini üstələyib.

Beləliklə də, o, Formula1-də artıq 21 il, üç ay və səkkiz gündür ki yarışır.

Şumaxerin karyerası 21 il üç ay davam edib. O, sonuncu dəfə 2012-ci ildə Braziliya Qran Prisində çıxış edib.

Qeyd edək ki, Alonso iki dəfə (2005 və 2006-cı illərdə) dünya çempionu olub. Şumaxerin isə yeddi çempion titulu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO