Avtoqraf sessiyası Azərbaycan Qran Prisinə  qayıdır – 2 ildən sonra  

Hazırda oxunan: Avtoqraf sessiyası Azərbaycan Qran Prisinə  qayıdır – 2 ildən sonra  

74722

Formula 1 azarkeşlərinin səbrsizliklə gözlədiyi avtoqraf sessiyası iki illik  fasilədən sonra Azərbaycan Qran Prisinə  qayıdır.  

Bizim.Media xəbər verir ki, avtoidman həvəskarları yarış həftəsi şənbə günü dünyaca məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar.  

İyunun 11-də bilet sahibləri Formula 1 şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında sevimli ulduzlarını görə biləcəklər. 

Formula 1-in üçüncü sərbəst yürüşündən öncə nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcəklər. 

Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur. 
Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri “Pit” zolağında gəzə biləcəklər. “Pit” zolağı gəzintisi 9 iyun tarixində nəzərdə tutulub.  

Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzə biləcəklər. 

Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edir, bunun üçün hər kəsi bilet almağa səsləyir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO