Bakı Marşal Klubu genişmiqyaslı təlim keçirdi - FOTO

Hazırda oxunan: Bakı Marşal Klubu genişmiqyaslı təlim keçirdi - FOTO

74339

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşallar və Şirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirib. 

Bizim.Media xəbər verir ki, təlimin  keçirilməsində məqsəd yarışlarda yaranacaq fövqəladə vəziyyətlərdə təhlükəli halların və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün iştirakçıların peşəkarlığının daha da artırılmasıdır. 

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Formula 1 Azərbaycan Qran Prisinin  idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb. 

Praktiki hissədə isə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. 
Sonda Azərbaycan Avtomobil Federasiyasının drift və Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarışda 1400 marşal iştirak edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO