Maks Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi oldu - FOTO

Hazırda oxunan: Maks Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi oldu - FOTO

138481

Formula 1 Monako Qran-Prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Monte-Karloda təşkil olunan yarışda “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.

“Aston Martin”in ispan sürücüsü Fernando Alosno yarışı ikinci, “Alpine”nin fransalı pilotu Esteban Okon isə üçüncü pillədə başa vurublar.

Maks Ferstappen cari mövsüm dördüncü, Monte-Karlo trasında ikinci, karyerasında isə 39-cu qələbəsini qazanıb.

Pilotların sıralamasına 144 xalla M.Ferstappen başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres 105 xala ikinci, F.Alonso isə 93 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda isə “Reb Bull Racing” komandası birincidir. Avstriya təmsilçisinin hesabında 249 xal var. İlk üçlüyü “Aston Martin” (120 xal) və “Mercedes” (119 xal) komandaları tamamlayırlar.

Növbəti yarış iyunun 2-4-də İspaniyada təşkil olunacaq.

Xatırladaq ki, aprelin 28-dən 30-dək Bakı şəhər halqasında təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisində Serxio Peres birinci olub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO