Daha bir “Formula 1” yarışını GERİDƏ qoyduq – 7 ildə QAZANDIQLARIMIZ

Hazırda oxunan: Daha bir “Formula 1” yarışını GERİDƏ qoyduq – 7 ildə QAZANDIQLARIMIZ

133927

Azərbaycanın ev sahibliyi etdiyi daha bir Formula-1 yarışlarını geridə qoyduq. Formula 1 Azərbaycan Qran-prisini dünyanın müxtəlif ölkələrindən milyonlarla insan izlədi. Azərbaycan Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir və artıq 7 ildir ki, bu yarışlar Bakıda yüksək səviyyədə təşkil edilir.

Dünya miqyasıda təqdir edilən və ən çox izlənən idman növlərindən olan Formula 1 həm ölkəmizin tanıdılmasında, həm də iqtisadiyyatın inkişafında mühüm rol oynayır. 

Qeyd edək ki, Azərbaycan Formula 1  yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ - 57 milyon ABŞ dollar ödəyərək 23 ölkə arasında 1-ci olub. Onu da əlavə edək ki,  "Formula 1" üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti uzadılıb. Azərbaycanda yarış 2026-cı ilədək davam edəcək.

Bəs, bu illər ərzində Azərbaycan yarışlardan nə qazandı? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə Azərbaycan bu yarışlardan 2016-2019-cu illər ərzində 500 milyon dollardan çox gəlir əldə edib: keçirilməsi həm turizm, həm də investisiya qoyuluşu baxımından ölkəmizin dünyada diqqət mərkəzində olmasına səbəb olub.

Yarışların keçirilildiyi müddətdə ölkəmizə gələn qonaqlar, otellərin biznesi və iqtisadi münasibətlərin inkişafı investisiya mühitinə töhfə verir. “Formula 1”in keçirilməsi iqtisadi baxımdan xeyirli olmaqla yanaşı həm də ölkəmizin dünyada təbliğidir. 

Bu durum həm də ölkədə daşınmaz əmlak bazarında müsbət mənada ciddi dəyişikliklərdən xəbər verir. Gələn qonaqların bir qismi otellərdə qalsa da, digər qismi evlər kirayələyirlər. Bu da mənzil sahiblərinin maddi qazanc əldə etməsinə səbəb olur ki, son nəticədə ölkə iqtisadiyyatında az da olsa öz təsirini göstərir”. 
Ekspert qeyd edib ki, ölkəmizlə bağlı informasiya əldə etmiş və yarışları seyr edən çoxsaylı sahibkarlar var ki, onlar ölkəmizə investisiya və turizmin inkişafı üçün sərmayə qoymaq, yaxud da daşınmaz əmlak əldə etmək fikrinə düşə bilərlər:

“Bütün bunlar yarışların əhəmiyyətini daha da yüksək şəkildə ortaya qoymuş olur. Daşınmaz əmlak bazarı hər dəfə yarışlar keçirilərkən canlılığı ilə seçilir. Bu cür yarışların keçirilməsi həm də ölkəyə yeni turist dalğasının gəlməsinə şərait yaradır.
Turizmin inkişafında əsas amil turistlərin gəlişi deyil, onların həm də yeni turistlər cəlb etmə imkanlarıdır. Hesab edirəm ki, bu nəticələr növbəti illərdə də artacaq və investisiya ilə bağlı yüksək göstəricilər əldə edəcəyik”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO