"Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı

Hazırda oxunan: "Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı

133582

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Bizim.Media xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

Aprelin 28-də gerçəkləşən sıralama turunda "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər sürücüsü Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü "Aston Martin"dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO