“Formula 1": Bakıda əsas sprint yarışı başladı

Hazırda oxunan: “Formula 1": Bakıda əsas sprint yarışı başladı

133485

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları başlayıb. 

Bizim.Media xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb. 

Daha əvvəl "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurmuşdu. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub. 

Təsnifatda qəza törədən "Williams"dan Loqan Sarjent bolidi hazır olmadığı üçün sprint yarışına qatılmayıb. "Alpin" qapalı park rejimini pozduğu üçün Esteban Okon pit-leyndən start alıb. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO